<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>514</hymn_number>
<title>Rəbb qapı açdı bizə Özünün Səltənətinə İL514</title>
<lyrics>[V1]
 Rəbb qapı açdı bizə Özünün Səltənətinə,
 Bu dünya günahından O bizi azad etdi.

[C1]
   İsa Məsih Allahımız, bizim qüdrətli Tanrımız, Tanrımız!
   O bizimlədir hər bir zaman, köməyə gələr hər an.

[V2]
 O, nur, həm məhəbbətdir, çətinlikdə bizimlədir,
 Mərhəmətlidir, Rəbbimiz, sülh mənbəyimizdir.

[C2]
   Özünü qoru pis işlərdən, salehlikdə qal Rəbdə, Rəbdə.
   Rəbbə layiq həyat sür sən, Onun gəlişi yaxındır.

[V3]
 Səni sevirəm, ya Rəbb, bizimçün qurban getdin,
 Azad etməkçün bizi Sən Öz Qanını tökdün.

[C3]
   Əbədi həyat vəd edirsən, əgər sadiq qalsaq Sənə,
   Müqəddəs Ruhunla Sən doldurdun bizləri,
   Sən sevdin bizləri.</lyrics>
</song>